Qeydiyyat sənədləri – MMC

 

 

Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qeydiyyatı üçün lazımi sənədlər

  • MMC statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;
  • Hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun  (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;
  • Təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər- qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Ölkənin qanunvericiliyinə uyğun hər hansı digər hüquqi sənəd;
  • Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış sənəd;
  • MMC statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
  • MMC-nin qeydiyyatı ilə bağlı səlahiyyətli nümayəndəyə veriləcək etibarnamə;
  • Məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyət, bank və sığorta şirkəti yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair);

Bütün sənədlər  MDB dövlətləri və Türkiyə Respublikası istisna olmaqla apostil olunmalıdlr.

Qərarda və etibarnamədə etibar edənlərin və qərar verənlərin səlahiyyətlərinin notarius tərəfindən yoxlanılması və onların buna səlahiyyətli olması barədə qeyd olmalıdır.