Dünya Bankı Azərbaycan iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb
Dünya Bankı (DB) 2014-cü ildə Azərbaycan ÜDM-nin artım proqnozuna yenidən baxıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü dərc olunmuş "Qlobal iqtisadi perspektivlər" ("Global Economic Prospects") adlı məruzəsində deyilir. Məruzədə qeyd olunur ki, bank il ərzində ölkə ÜDM-nin 5,3 faiz artacağını güman edir. 2013-cü ilin iyununda dərc olunmuş proqnozda bank milli iqtisadiyyatın artım sürətinin 4,8 faiz səviyyəsində olacağını gözləyirdi. 2015-ci il üzrə ÜDM-in artım proqnozu dəyişməz qalıb və 4,5 faiz səviyyəsində müəyyən edilib.
Ətraflı: Dünya Bankı Azərbaycan iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb