“Oguz-Qəbələ-Bakı” su kəməri layihəsi

Çap etmək Çap etmək

Paytaxtın yüksək keyfiyyətli içməli su ilə təminatı üçün nəzərdə tutulan “Oğuz-Qəbələ-Bakı” su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və ilkin layihələndirilməsi üzrə alman mütəxəssisləri tərəfindən aparılan işlər başa çatdırıldıqdan sonra layihə üzrə istifadə olunan şüşə lifli poliyester boruların satın alınması üçün Azərbaycanın “Azkompozit” kompaniyası ilə, həmçinin layihənin idarəetmə və texniki nəzarət məsləhət xidmətləri, su kəmərinin keçdiyi ərazinin müəyyənləşdirilməsi, ilkin sənədləşmələr və tenderin hazırlanması üzrə Almaniyanın “CES Consulting Engineering Salzgitter GmbH” şirkəti ilə müqavilə imzalanmışdır. Mühasibat xidmətlərinin göstərilməsi üzrə işlər “TID Consulting” MMC-nə həvalə edilmişdir. Şirkətin əməkdaşları bu layihədə dürüst mühasibat xidmətləri nümayiş etdirməklə konsaltinq və mühasibatlıq sahəsində fəaliyyətdə olduqları müddətdə əldə etdikləri nailiyyətlərin həqiqiliyini bir daha sübut etmiş oldular. Layihəni “Azərsu” ASC ilə 2006-cı ildə imzalanmış müqaviləyə əsasən “Turan Hazinadaroğlu İnşaat Ticaret Anonim şirkətinin, Tekser İnşaat Sanayi ve Ticaret Anonim şirkətinin və Gəncə Körpü Tikinti-2 ASC tam ortaqlığı” həyata keçirir. Beynəlxalq maliyyə təşkilatları tərəfindən dəstəklənən, regionların su təchizatının yaxşılaşdırılmasına yönəlmiş layihələr üzrə işlər davam etdirilir. “Azərsu” ASC-in verdiyi məlumata əsasən su kəmərinin inşası layihəsinə çəkilən xərcin ümumi məbləği 480 milyon manat qiymətləndirilir. Məhsuldarlığı saniyədə 5 kubmetr olan bu layihənin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur.