AZƏRBAYCAN DÜNYANIN APARICI İSLAHATÇISIDIR. ŞƏRQİ AVROPA VƏ ORTA ASİYA TƏNZİMLƏYİCİ SAHƏLƏR ÜZRƏ BİRİNCİDİR
IFC və Dünya Bankı tərəfindən dərc olunan illik hesabatlar silsiləsində altıncı olan “Biznesin aparılması 2009″ hesabatına əsasən Azərbaycan – sahibkarlıq fəaliyyətini asanlaşdırmaq üçün biznesin tənzimlənməsi sahəsində aparılmış islahatlara görə dünyanın aparıcı ölkəsidir.
2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan hesabatın araşdırdığı 10 sahələnin 7-də islahatlar həyata keçirmiş və Biznesin aparılması hesabatı tərəfindən qeydə alınan bir ildə ən böyük yüksəliş edərək sahibkarlıq fəaliyyətinin əlverişliyi baxımından dünya reytinqində 97-ci yerdən 33-cü yerə layiq görülmüşdür. Hökumətin cəmləşmiş səyləri sayəsində Azərbaycan misli görünməmiş nəticə əldə etmişdir. Səmərəli tənzimləmə sistemini tətbiq etməklə ölkə yeni müəssisələrin yaradılmasını və formal sektorun genişlənməsini təşviq edir ki, bu da ölkənin qeyri-neft iqtisadiyyatında özəl sektorun aparıcı rol oynadığı artımı təmin etmək potensialını gücləndirir.
Əmək məcəlləsinə edilmiş dəyişikliklər iş yerlərinin yaranmasına köməklik etmişdir. Azərbaycan həmçinin Bakıda ikinci iqtisadi məhkəmə yaratmış və xüsusi məsələlər üzrə hakimlərin sayını artırmışdır. Yeni qanun minoritar səhmdarların hüquqlarının qorunması üçün daha çox şərait yaradır. Yeni vahid əmlak reestri əmlak qeydiyyatını asanlaşdırır. Şirkətlərin qeydiyyatı üçün bir pəncərə sisteminin təqdim edilməsi prosedurların sayını azaldır və biznesin başlanması üçün tələb olunan vaxtı yariyadək qısaldır. Ödəniləcək vergiləri hesablamaq üçün peşəkar mühasibat proqramı ilə təchiz olunmuş elektron ərizələrin verilməsi və elektron ödəniş sisteminin təqdim edilməsi vergi öhdəliklərini yüngülləşdirir. Bu həmçinin investorların hüquqlarının qorunması və kreditlər üzrə məlumat bazasının yaradılması işini təşviq etmişdir.
2008-ci ildə Azərbaycan nəinki regionda həm də dünyada islahatlar üzrə lider olaraq biznes üçün əlverişli ölkələrin dünya reytinqində dramatik sürətdə irəliləmişdir. Dünyanın biznes sahəsində ən çox tənzimləyici islahatlar aparan 10 ölkəsindən dördü Şərqi Avropa və Orta Asiya regionundandır. Həmin 10 ölkə, ardıcıllıqla aşağıdakılardır: Azərbaycan, Albaniya, Qırğız Respublikası, Belarus, Seneqal, Burkina Faso, Botsvana, Kolumbiya, Dominikan Respublikası və Misir.

Ana Səhifə
Azərbaycan
English
Русский
tel. :
email
: