"Borova Yapi Endustrisi A.Ş"
Borova Yapı Endustrisi A.Ş., Borova Holdinq'e bağlı bir şırkət olub
1979-cu ildə yaradılmışdır. Adı çəkilən şirkət Azərbaycanda "Garadağ Qaz
Kompressor Stansiyası", "Bakı İSR Plaza", "Bakı Yeraltı Qarajı", "Bakı Ramstor
Supermarket" və "Depo Binaları" kimi layihələri bitirmiş və digər tamamlanmamış
layihələr üzərində işləyir. Borova Yapi Endustrisi ilə
TİD Konsaltinq MMC-i arasında yaranmış iş birliyi 22 yanvar
2007-cı il tarixdə başlamışdır. Bu tarixdən bəri şirkətlər arasında
imzalanmış müqavilə əsasında TİD Konsaltinq MMC, Borova Yapi Endustrisine mühasibat xidmətləri
göstərir. İşin icrası müddətində, təşkilatın əməkdaşları yüksək professional səviyyə nümayiş etdirirlər.
Rifat Kürşat Atikoğlu
Direktor
“Kolin İnşaat, Turizm Sanayi və Ticaret A.Ş”
Kolin İnşaat, Turizm Sanayi və Ticaret Anonim Şirkəti 225 məşhur beynəlxalq tikinti şirkətləri arasında 116-cı yeri tutur. İstənilən şərait və hallarda işlərə yüksək texnologiyanı tətbiq etmək məqsədini həyata keçirir. TİD Konsaltinq MMC, Kolin İnşaat, Turizm Sənaye və Ticarət Anonim Şirkətinə mühasibatlıq xidmətləri göstərir. TİD Konsaltinq kompaniyasının personalı işlərini yüksək proffessional səviyyədə yerinə yetirir.
Şen Mehmet Ökkeş
Direktor
"Turan Hazinedaroğlu İnşaat, Ticaret A.Ş."
Hazinedaroğlu İnşaat Qrupu1971-ci ildə
İstambulda yaradılmış tikinti layihələri üzrə ixtisaslaşmış inşaat qrupudur.
Hazinedaroğlu İnşaat Qrupu Azərbaycandakı fəaliyyətlərinə 1991-ci ildə köhnə
Moskva Mehmanxanasının bərpası ilə başlamışdır. Şirkət hal-hazırda "Tekser
İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin və "Gəncə Körpü Tikinti-2" ASC tam
ortaqlı ilə birgə Azərsu
idarəsinə aid olan Oğuz-Qəbələ ilə Bakı arasında içməli su boru kəmərinin inşası
və digər layihələrin həyata keçirilməsi ilə məşğuldur. TİD Konsaltinq MMC, adı
çəkilən İnşaat Qrupuna mühasibat xidmətləri göstərir. Biz qarşılıqlı işin
nəticəsindən tam olaraq razıyıq və əməkdaşlığın davam etdirilməsinə ümid edirik.
Hazinedaroğlu Toğrul Turan
Direktor
"Atinak Mühendislik
İnşaat Sanayi ve Ticaret Limited Şirketi"
Atinak Mühendislik İnşaat Sanayi
ve Ticaret Limited Şirketi 8 İyun 1994-cü il tarixdə təsis edilmişdir. 07
oktyabr 1995-ci il tarixdə bugünkü şəklini almışdır. Şirkət dünya inşaat
rəqabətində etibarlı və keyfiyyətli mövqeyini saxlamaq üçün sistematik çalışan
işçi qrupu yaratmışdır. Eyni zamanda "Turan Hazinedaroğlu İnşaat Ticaret Anonim
Şirketi", "Tekser İnşaat Sanayi ve Ticaret Anonim Şirketi" və "Gəncə Körpü
Tikinti-2" ASC tam ortaqlığının subpodratçısı kimi fəaliyyət göstərərək
Oğuz-Qəbələ-Bakı içməli su boru kəmərinin inşası üçün müəyyən işlər həyata
keçırir. Şirkətə mühasibat xidmətlərinin göstərilməsi Azərbaycanın konsaltinq
bazarında keyfiyyətli xidmətləri ilə seçilən "TİD Konsaltinq" MMC-nə həvalə
edilmişdir. Göstərilən xidmətlərdən tam razıyıq və əməkdaşlığı davam
etdirməyi düşünürük.
Atilla
Akalan
Direktor
"AA&M"
Biz TİD Konsaltinq MMC ilə 2002-ci ildən işləyirik və bu müddət ərzində onlar bizim biznes fəaliyyətini mühasibat uçotu və konsaltinq sahəsində dəstəkləyirlər. Onların işi – bizim dinamik inkişaf və müvəffəqiyyətimizin əsas faktorudur.
Məmməd Şahməmmədov
Direktor