TID CONSULTING MMC GÜRCÜSTAN RESPUBLİKASLNDA NÜMAYƏNDƏLİK AÇIR
Yaxın gələcəkdə TID Consulting şirkəti Gürcüstan
Respublikasında nümayəndəlik açmağa hazırlaşır.
Açılacaq nümayəndəlik mühasibat uçotunun aparılması,
maliyyə, biznes və hüquqi konsaltinq xidmətləri, vergi goyma və maliyyə
fəaliyyəti ilə bağlı sahələrdə xidmətlər, həmçinin müqavilə hüququna və fiziki
və hüquqi şəxslərin qeydiyyata alınmasına dair xidmətlər təklif edəcək. Yerli və
beynəlxalq şirkətlər xidmətlərimizdən yararlana biləcəklər.
Biz, müştərilərimizə göstərdiyimiz xidmətlərin
keyfiyyətinə və konfedensiallığına təminat veririk.
BİZNESİN APARILMASI 2009; AZƏRBAYCAN DÜNYANIN APARICI İSLAHATÇISIDIR. ŞƏRQİ
AVROPA VƏ ORTA ASİYA TƏNZİMLƏYİCİ SAHƏLƏR ÜZRƏ BİRİNCİDİR
IFC və Dünya Bankı tərəfindən dərc olunan illik hesabatlar
silsiləsində altıncı olan "Biznesin
aparılması 2009" hesabatına
əsasən Azərbaycan - sahibkarlıq
fəaliyyətini asanlaşdırmaq üçün biznesin tənzimlənməsi sahəsində aparılmış
islahatlara görə dünyanın aparıcı ölkəsidir.
2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayınadək
Azərbaycan hesabatın araşdırdığı 10 sahələnin 7-də islahatlar həyata keçirmiş və
Biznesin aparılması hesabatı tərəfindən qeydə alınan bir ildə ən böyük yüksəliş
edərək sahibkarlıq fəaliyyətinin əlverişliyi baxımından dünya reytinqində 97-ci
yerdən 33-cü yerə layiq görülmüşdür. Hökumətin cəmləşmiş səyləri sayəsində
Azərbaycan misli görünməmiş nəticə əldə etmişdir. Səmərəli tənzimləmə sistemini
tətbiq etməklə ölkə yeni müəssisələrin yaradılmasını və formal sektorun
genişlənməsini təşviq edir ki, bu da ölkənin qeyri-neft iqtisadiyyatında özəl
sektorun aparıcı rol oynadığı artımı təmin etmək potensialını gücləndirir.
Əmək məcəlləsinə edilmiş
dəyişikliklər iş yerlərinin yaranmasına köməklik etmişdir. Azərbaycan həmçinin
Bakıda ikinci iqtisadi məhkəmə yaratmış və xüsusi məsələlər üzrə hakimlərin
sayını artırmışdır. Yeni qanun minoritar səhmdarların hüquqlarının qorunması
üçün daha çox şərait yaradır. Yeni vahid əmlak reestri əmlak qeydiyyatını
asanlaşdırır. Şirkətlərin qeydiyyatı üçün bir pəncərə
sisteminin təqdim edilməsi prosedurların sayını azaldır və biznesin başlanması
üçün tələb olunan vaxtı yariyadək qısaldır. Ödəniləcək vergiləri hesablamaq üçün
peşəkar mühasibat proqramı ilə təchiz olunmuş elektron ərizələrin verilməsi və
elektron ödəniş sisteminin təqdim
edilməsi vergi öhdəliklərini yüngülləşdirir. Bu həmçinin investorların
hüquqlarının qorunması və kreditlər üzrə məlumat bazasının yaradılması işini
təşviq etmişdir.
2008-ci ildə Azərbaycan nəinki regionda həm də dünyada islahatlar üzrə lider
olaraq biznes üçün əlverişli ölkələrin dünya reytinqində dramatik sürətdə
irəliləmişdir. Dünyanın biznes sahəsində ən çox tənzimləyici islahatlar aparan
10 ölkəsindən dördü Şərqi Avropa və Orta Asiya regionundandır. Həmin 10 ölkə,
ardıcıllıqla aşağıdakılardır: Azərbaycan, Albaniya, Qırğız Respublikası,
Belarus, Seneqal, Burkina Faso, Botsvana, Kolumbiya, Dominikan Respublikası və
Misir.
NEFTİN QİYMƏTİNİN
AZALMASINDAN AZƏRBAYCANIN
2009-CU İL DÖVLƏT BÜDCƏSİNİ RİSK GÖZLƏMİR - BVF
Qısamüddətli perspektivdə Azərbaycanın 2009-cu ilin dövlət büdcəsi üçün dünya
bazarlarında neftin qiymətinin azalmasından risk yoxdur, - Beynəlxalq Valyuta
Fondu missiyasının rəhbəri, BVF-nun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin
(MCD) direktor müavini Valeriya Fikera belə bildirib. Bu ilin dövlət büdcəsinin
proqnozları neftin qiyməti 70 dollar olmaqla formalaşdırılıb, dünya bazarlarında
isə qiymətlər 45 dollaradək düşüb.
“Dövlət büdcəsi,
əsasən, Azərbaycan Dövlət Neft Fondundan transfertlər hesabına maliyyələşdirilib
və büdcə üçün əhəmiyyətli riks təhdidi yoxdur- Fikera qeyd edib. – Onların həcmi
isə, neftin qiymətinin tərəddüdündən asılı olmayaraq, manatla təsbit edilib”. Onun
sözlərinə görə, büdcənin neftin qiymət dəyişməsinin təsirinə birbaşa məruz qalan
hissəsi kiçikdir.
“Qiymətlər iki-üç
il ərzində 30 - 40 dollar səviyyəsində qalarsa, uzunmüddətli perspektivdə
ölkənin büdcəsi üçün risk olacaq. O zaman büdcə proqnozlarına düzəlişlər etmək
zərurəti ortaya çıxacaq. Neftin qiyməti 40 dollaradək olarsa, Azərbaycanın ümumi
büdcə-fiskal vəziyyəti müsbət olacaq”, - missiyanın rəhbəri deyib.Neftin qiyməti
40 dollardan yuxarı olarsa, Neft Fondu əlavə ehtiyatlar toplamağı davam
etdirəcək. 2009-cu ilin əvvəlinə ARDNF-da 10 mlrd. dollardan çox vəsait
toplanacaq, Fonddan dövlət büdcəsinə transfertlər isə, yalnız 4 mlrd. dollar
səviyyəsində planlaşdırılıb.Onun rəyinə görə, mövcud qiymətlər şəraitində
birləşmiş büdcənin kəsiri gözlənilmir və Neft Fondunun vəsaitləri dövlət
xərclərinin maliyyələşdirilməsi üçün kifayətdir.
Azərbaycan Milli
Bankı və Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, dövlət büdcəsi
gəlirlərinin 75 faizi neftin qiymətinin tərəddüdündən müdafiə olunub. Büdcə
gəlirlərinin qalan 25 faizinə neftin qiyməti təsir göstərsə də, ölkənin 18 mlrd.
dolları ötən strateji ehtiyatları, dövlət büdcəsində əlavə ehtiyatlar manevr
etmək və dünya bazarlarında qiymət tərəddüdlərinə adekvat tədbirlərin qəbul
edilməsi ilə, asılılığı azaltmağa imkan verir.
BU İL
AZƏRBAYCANDA İNFLYASİYA 15-17 % TƏŞKİL EDƏCƏK
Milli Bank
2009-cu ildə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, inflyasiya tempinin
bir qədər də azalacağını bəyan edir. Bu il Azərbaycanda inflyasiya 15-17 faiz
təşkil edəcək. Milli Bankın yaydığı 2008-ci ilin makroiqtisadi yekunları barədə
hesabatda bildirilir ki, ilin əvvəlində beynəlxalq təşkilatlar qiymət artımının
səviyyəsini 22 faiz proqnozlaşdırsa da, sonrakı prosseslər nəticəsində bu
göstərici 5-7 bənd azalıb. Qurum 2009-cu ildə makroiqtisadi sabitliyin qorunması
ilə yanaşı, inflyasiya tempinin bir qədər də azalacağını bəyan edir.