home  |   saytın xaritəsi Deutsch | Azərbaycan | English | Русский

XƏBƏRLƏR


Çap variantı

TID CONSULTING MMC GÜRCÜSTAN RESPUBLİKASLNDA NÜMAYƏNDƏLİK AÇIR

Yaxın gələcəkdə TID Consulting şirkəti Gürcüstan Respublikasında nümayəndəlik açmağa hazırlaşır.

Açılacaq nümayəndəlik mühasibat uçotunun aparılması, maliyyə, biznes və hüquqi konsaltinq xidmətləri, vergi goyma və maliyyə fəaliyyəti ilə bağlı sahələrdə xidmətlər, həmçinin müqavilə hüququna və fiziki və hüquqi şəxslərin qeydiyyata alınmasına dair xidmətlər təklif edəcək. Yerli və beynəlxalq şirkətlər xidmətlərimizdən yararlana biləcəklər.

Biz, müştərilərimizə göstərdiyimiz xidmətlərin keyfiyyətinə və konfedensiallığına təminat veririk.


BİZNESİN APARILMASI 2009; AZƏRBAYCAN DÜNYANIN APARICI İSLAHATÇISIDIR.           ŞƏRQİ AVROPA VƏ ORTA ASİYA TƏNZİMLƏYİCİ SAHƏLƏR ÜZRƏ BİRİNCİDİR

IFC və Dünya Bankı tərəfindən dərc olunan illik hesabatlar silsiləsində altıncı olan "Biznesin aparılması 2009" hesabatına əsasən Azərbaycan - sahibkarlıq fəaliyyətini asanlaşdırmaq üçün biznesin tənzimlənməsi sahəsində aparılmış islahatlara görə dünyanın aparıcı ölkəsidir.

2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan hesabatın araşdırdığı 10 sahələnin 7-də islahatlar həyata keçirmiş və Biznesin aparılması hesabatı tərəfindən qeydə alınan bir ildə ən böyük yüksəliş edərək sahibkarlıq fəaliyyətinin əlverişliyi baxımından dünya reytinqində 97-ci yerdən 33-cü yerə layiq görülmüşdür. Hökumətin cəmləşmiş səyləri sayəsində Azərbaycan misli görünməmiş nəticə əldə etmişdir. Səmərəli tənzimləmə sistemini tətbiq etməklə ölkə yeni müəssisələrin yaradılmasını və formal sektorun genişlənməsini təşviq edir ki, bu da ölkənin qeyri-neft iqtisadiyyatında özəl sektorun aparıcı rol oynadığı artımı təmin etmək potensialını gücləndirir.

Əmək məcəlləsinə edilmiş dəyişikliklər iş yerlərinin yaranmasına köməklik etmişdir. Azərbaycan həmçinin Bakıda ikinci iqtisadi məhkəmə yaratmış və xüsusi məsələlər üzrə hakimlərin sayını artırmışdır.  Yeni qanun minoritar səhmdarların hüquqlarının qorunması üçün daha çox şərait yaradır. Yeni vahid əmlak reestri əmlak qeydiyyatını asanlaşdırır. Şirkətlərin qeydiyyatı üçün bir pəncərə sisteminin təqdim edilməsi prosedurların sayını azaldır və biznesin başlanması üçün tələb olunan vaxtı yariyadək qısaldır. Ödəniləcək vergiləri hesablamaq üçün peşəkar mühasibat proqramı ilə təchiz olunmuş elektron ərizələrin verilməsi və elektron ödəniş sisteminin təqdim edilməsi vergi öhdəliklərini yüngülləşdirir. Bu həmçinin investorların hüquqlarının qorunması və kreditlər üzrə məlumat bazasının yaradılması işini təşviq etmişdir.

2008-ci ildə Azərbaycan nəinki regionda həm də dünyada islahatlar üzrə lider olaraq biznes üçün əlverişli ölkələrin dünya reytinqində dramatik sürətdə irəliləmişdir. Dünyanın biznes sahəsində ən çox tənzimləyici islahatlar aparan 10 ölkəsindən dördü Şərqi Avropa və Orta Asiya regionundandır. Həmin 10 ölkə, ardıcıllıqla aşağıdakılardır: Azərbaycan, Albaniya, Qırğız Respublikası, Belarus, Seneqal, Burkina Faso, Botsvana, Kolumbiya, Dominikan Respublikası və Misir.


NEFTİN QİYMƏTİNİN AZALMASINDAN AZƏRBAYCANIN 2009-CU İL DÖVLƏT BÜDCƏSİNİ RİSK GÖZLƏMİR  - BVF

Qısamüddətli perspektivdə Azərbaycanın 2009-cu ilin dövlət büdcəsi üçün dünya bazarlarında neftin qiymətinin azalmasından risk yoxdur, - Beynəlxalq Valyuta Fondu missiyasının rəhbəri, BVF-nun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin (MCD) direktor müavini Valeriya Fikera belə bildirib. Bu ilin dövlət büdcəsinin proqnozları neftin qiyməti 70 dollar olmaqla formalaşdırılıb, dünya bazarlarında isə qiymətlər 45 dollaradək düşüb.

“Dövlət büdcəsi, əsasən, Azərbaycan Dövlət Neft Fondundan transfertlər hesabına maliyyələşdirilib və büdcə üçün əhəmiyyətli riks təhdidi yoxdur- Fikera qeyd edib. – Onların həcmi isə, neftin qiymətinin tərəddüdündən asılı olmayaraq, manatla təsbit edilib”. Onun sözlərinə görə, büdcənin neftin qiymət dəyişməsinin təsirinə birbaşa məruz qalan hissəsi kiçikdir.

“Qiymətlər iki-üç il ərzində 30 - 40 dollar səviyyəsində qalarsa, uzunmüddətli perspektivdə ölkənin büdcəsi üçün risk olacaq. O zaman büdcə proqnozlarına düzəlişlər etmək zərurəti ortaya çıxacaq. Neftin qiyməti 40 dollaradək olarsa, Azərbaycanın ümumi büdcə-fiskal vəziyyəti müsbət olacaq”, - missiyanın rəhbəri deyib.Neftin qiyməti 40 dollardan yuxarı olarsa, Neft Fondu əlavə ehtiyatlar toplamağı davam etdirəcək. 2009-cu ilin əvvəlinə ARDNF-da 10 mlrd. dollardan çox vəsait toplanacaq, Fonddan dövlət büdcəsinə transfertlər isə, yalnız 4 mlrd. dollar səviyyəsində planlaşdırılıb.Onun rəyinə görə, mövcud qiymətlər şəraitində birləşmiş büdcənin kəsiri gözlənilmir və Neft Fondunun vəsaitləri dövlət xərclərinin maliyyələşdirilməsi üçün kifayətdir.

Azərbaycan Milli Bankı və Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, dövlət büdcəsi gəlirlərinin 75 faizi neftin qiymətinin tərəddüdündən müdafiə olunub. Büdcə gəlirlərinin qalan 25 faizinə neftin qiyməti təsir göstərsə də, ölkənin 18 mlrd. dolları ötən strateji ehtiyatları, dövlət büdcəsində əlavə ehtiyatlar manevr etmək və dünya bazarlarında qiymət tərəddüdlərinə adekvat tədbirlərin qəbul edilməsi ilə, asılılığı azaltmağa imkan verir.


BU İL AZƏRBAYCANDA İNFLYASİYA 15-17 % TƏŞKİL EDƏCƏK

 Milli Bank 2009-cu ildə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, inflyasiya tempinin bir qədər də azalacağını bəyan edir. Bu il Azərbaycanda inflyasiya 15-17 faiz təşkil edəcək. Milli Bankın yaydığı 2008-ci ilin makroiqtisadi yekunları barədə hesabatda bildirilir ki, ilin əvvəlində beynəlxalq təşkilatlar qiymət artımının səviyyəsini 22 faiz proqnozlaşdırsa da, sonrakı prosseslər nəticəsində bu göstərici 5-7 bənd azalıb. Qurum 2009-cu ildə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, inflyasiya tempinin bir qədər də azalacağını bəyan edir.



Rambler's Top100

şirkət haqqinda   |   xidmətlər   |   kontaktlar   |   linklər

TID Konsultinqin müəllif hüququ 2002-2005©
Bütün hüquqlar qorunur.

tel.: +99412 436-86-46
tel/faks: +99412 436-86-56
office@tidconsulting.com

gediş sxemi

tel.: +99412 436-86-46
tel/faks: +99412 436-86-56
office@tidconsulting.com

gediş sxemi



Kolin İnşaat, Turizm Sənaye və Ticarət Anonim Şirkəti 225 məşhur beynəlxalq tikinti şirkətləri arasında 116-cı yeri tutur. İstənilən şərait və hallarda işlərə yüksək texnologiyanı tətbiq etmək məqsədini həyata keçirir. TİD Konsaltinq MMC, Kolin İnşaat, Turizm Sənaye və Ticarət Anonim Şirkətinə mühasibatlıq xidmətləri göstərir. TİD Konsaltinq kompaniyasının personalı işlərini yüksək proffessional səviyyədə yerinə yetirir.

ətraflı >



Yeni şirkət yaradarkən her zaman mühasibat sahəsində müxtəlif mühüm suallar maydana çıxır. Məsələn, vergiləri necə ödəməli? rəhbərlərə ödəniləcək əməkhaqqı, rəhbərin vergi və hüquqi öhdəlikləri...
                                                             ətraflı >