"Oguz-Qəbələ-Bakı" su kəməri layihəsi
Paytaxtın
yüksək keyfiyyətli içməli su ilə təminatı üçün nəzərdə tutulan "Oğuz-Qəbələ-Bakı"
su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və
ilkin layihələndirilməsi üzrə alman mütəxəssisləri tərəfindən aparılan işlər
başa çatdırıldıqdan sonra layihə üzrə istifadə olunan şüşə lifli poliyester
boruların satın alınması üçün Azərbaycanın "Azkompozit" kompaniyası
ilə, həmçinin
layihənin idarəetmə və texniki nəzarət məsləhət xidmətləri,
su
kəmərinin keçdiyi ərazinin müəyyənləşdirilməsi, ilkin sənədləşmələr və tenderin
hazırlanması
üzrə Almaniyanın "CES Consulting Engineering Salzgitter GmbH" şirkəti ilə
müqavilə imzalanmışdır. Mühasibat xidmətlərinin göstərilməsi üzrə işlər "TID
Consulting" MMC-nə həvalə edilmişdir. Şirkətin əməkdaşları bu layihədə dürüst
mühasibat xidmətləri nümayiş etdirməklə konsaltinq və mühasibatlıq sahəsində
fəaliyyətdə olduqları müddətdə əldə etdikləri nailiyyətlərin həqiqiliyini bir
daha sübut etmiş oldular. Layihəni "Azərsu" ASC ilə 2006-cı ildə imzalanmış
müqaviləyə əsasən "Turan Hazinadaroğlu İnşaat Ticaret Anonim şirkətinin, Tekser
İnşaat Sanayi ve Ticaret Anonim şirkətinin və Gəncə Körpü Tikinti-2 ASC tam
ortaqlığı" həyata keçirir. Beynəlxalq maliyyə təşkilatları tərəfindən
dəstəklənən, regionların su təchizatının yaxşılaşdırılmasına yönəlmiş layihələr
üzrə işlər davam etdirilir. "Azərsu" ASC-in verdiyi məlumata əsasən su kəmərinin
inşası layihəsinə çəkilən xərcin ümumi məbləği 480 milyon manat qiymətləndirilir.
Məhsuldarlığı saniyədə 5 kubmetr olan bu layihənin 2008-ci ildə başa
çatdırılması nəzərdə tutulur.
ətraflı >
SC PETROMSERVİCE SA şirkəti ilə
müqavilə imzalanması
2006-ci ilin mart ayında TİD Konsaltinq şirkəti ilə Рumıniyanın SC PETROMSERVİS şirkəti arasında konsaltinq və mühasibat xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.
Qeyd etməliyiк ki, SC PETROMSERVİCE SA şirkəti neft və qaz sahəsində geniş fəaliyyat göstяrir, həmçinin şirkətin fəaliyyətinə kompleks elektron – tikinti, neft mədənlərinin qazıntısı və təmiri, neft hasilatı, təchizatı,
tara modullarının istehsalı, hətta maşın avadanlıqlarının ehtiyat hissələrinin satışı və s. daxildir.
Todini Construzioni Generali şirkəti ilə müqavilənin imzalanması
20 sentyabr 2005-ci ildə TİD Konsaltinq və TODİNİ Konstruzioni Generali şikətinin Azərbaycandakı nümayəndəliyi arasında müqavilə imzalanmışdır. Bu kontrakta əsasən TİD Konsultinq adı çəkilən şirkətə mühasibat uçotu və maliyyə təsərrüfatı fəaliyyəti üzrə konsaltinq xidmətlərini həyata keçirməyə təminat verir. Todini Konstruzioni Generali, dünyanın bir çox dövlətlərində nümayəndəlikləri olan İtalyan tikinti şirkətidir. Şirkət Azərbaycandakı fəaliyyətini 2005-ci ilin iyunundan həyata keçirir və Kürdəmir-Haciqabul yolunun tikintisi ilə məşğuldur.
Azərbaycanda 3-cü Mikromaliyyə konfransı
TID Konsultinq şirkəti Azərbaycanın Mikromaliyyə Assosasiyası tərəfindən 26-27 may 2006-cı il tarixində keçiriləcək «Azərbaycanda Yeni Maliyyə Sektorunun tikintisi» ilə əlaqədar konfransda iştirak edəcək. Azərbaycan Mikromaliyyə Assosasiyasının ortağı ACDI-VOCA, baş sponsoru isə USAID-dir.